Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar

Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə pul bağışlayıblar

Tarix: 16 Yanvar 2020 10:16

Bakı. Trend:

Məşhur tennisçilər, isveçrəli Rocer Federer və ispaniyalı Rafael Nadal Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım üçün fonda 172 min dollar bağışlayıblar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, tennisçilər, həmçinin digər idmançılarla birlikdə Melburnda xeyriyyə tədbiri təşkil ediblər.

Tədbirdə Serena Uilyams, Karolina Voznyatski və Novak Cokoviç kimi tanınmış tennisçilər iştirak ediblər.

R.Nadal tədbirin digər insanların da yanğınlarından zərərçəkənlərə yardım etmələri məsələsində rol oynayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, yanvar ayında Avstraliyada "Australian Open" turniri keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məşhur tennisçilər Avstraliyada yanğından zərərçəkənlərə bağışlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ