Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün intensiv meyvə bağları salınıb

“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün intensiv meyvə bağları salınıb

Tarix: 16 Yanvar 2020 11:00

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində 32 rayonda daha 250 ailə üçün intensiv meyvə bağları salınıb.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, layihəyə cəlb olunmuş iştirakçılardan 178-i aztəminatlı, 52-i əlilliyi olan şəxs, 20-i isə şəhid ailəsi üzvləridir.

Bildirilir ki, iştirakçılar ilk növbədə müvafiq təlimlərə cəlb olunub. Daha sonra müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 hektar torpaq sahəsi şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib, sahələrdə müasir damlama suvarma sistemləri quraşdırılıb. 30 hektardan çox ərazi köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənib, suvarma sistemlərinin istismarı üçün sahələrə elektrik xətləri çəkilib və digər texniki işlər həyata keçirilib.

Beləliklə, bağçılıq üçün yararlı hala salınmış sahələrə gavalı, gilas, alma, xurma, nar, badam, qoz, fındıq, ərik, heyva və digər ağac tingləri əkilib.

Eyni zamanda layihə iştirakçılarına sahələrə aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Sosial bağlar” layihəsinin ilk mərhələsi kimi, 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınmışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sosial bağlar layihəsi çərçivəsində daha ailə üçün intensiv meyvə bağları salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ