Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:22
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib:
"Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq".