Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

Tarix: 16 Yanvar 2020 16:45

Prezident İlham Əliyev Naxçıvan şəhərində "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərində "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  Naxçıvanda ASAN xidmət mərkəzinin layihələndirilməsi tikintisinə milyon manat ayrılıb


RƏYLƏR