Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA sədri: ''Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq''

AQTA sədri: ''Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq''

Tarix: 17 Yanvar 2020 16:40

"İctimai iaşə sahəsində fəaliyyət göstərən, kütləvi qidalanmaya məhsul təqdim edən bəzi şəxslər dərk etmirlər ki, onların ehtiyatsız hərəkəti insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olur və hətta acı sonluğa gətirib çıxarır. Biz 2 il ərzində sahibkarlıq subyektlərini bu sahədə kifayət qədər maarifləndirdik, məlumatlar verdik, çox da sərt davranmadıq. Amma bu ildən artıq Qida Təhlükəsizliyi Agentliyi daha sərt inzibati tədbirlərə əl atacaq".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi hesabat konfransında deyib.

Onun sözlərinə görə, məsuliyyətini dərk etməyən bəzi dırnaqarası sahibkarlar dəyərli iş adamlarının adına xələl gətirirlər: "O adamlara qarşı qanunun ən sərt tədbirlərini tətbiq edəcəyik. Bu il ərzində monitorinq və yoxlamaların da sayı artırılacaq. Həssas qruplardan olan yoxlamalar çoxluq təşkil edəcək. Bunlar eyni zamanda müalicə profilaktika müəssisələrin i də əhatə edəcək. Çünki xəstələrin qidalanması çox önəmli qidalanmadır".


Etiketlər:  AQTA sədri Agentlik daha sərt inzibati tədbirlərə atacaq


RƏYLƏR