Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 21:12
Azərbaycanda aparılan islahatlar gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yaradıb. Eyni zamanda, islahatlar fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək.
Sonxeber.net bildirir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında israilli politoloq Arye Qut deyib.
Politoloq bildirib ki, hazırda Azərbaycan dəyişikliklər, islahatlar yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Prezident İlham Əliyev dərin təfəkkürə, dövlətin həyat fəaliyyətinin bütün istiqamətlərinə strateji və dəqiq yanaşmaya malik siyasi xadimdir", - deyə o qeyd edib.