Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 07:26
ABŞ ilə sərhəddə yerləşən Meksikanın Tamaulipas ştatında ərazini patrul edən əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Mañana" nəşriyyatı bildirib.
Məlumata əsasən, hadisə nəticəsində 11 hücum edən şəxs öldürülüb:
"Reynosa-Miqel Aleman şossesi yaxınlığında silahlı qrup tərəfindən pusqudan edilən hücum nəticəsində 11 mülki şəxs əsgərlərin cavab atəşi ilə öldürülüb".
Toqquşma yerində on bir Kalaşnikov avtomatı və partlayıcı maddənin ələ keçirildiyi bildirilir.