Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən kiçik insanı vəfat edib

Dünyanın ən kiçik insanı vəfat edib

Tarix: 18 Yanvar 2020 08:02

Dünyanın ən kiçik adamı - Haqendra Tapa Maqar 28 yaşında vəfat edib.

Dünyanın ən kiçik insanı vəfat edibbu barədə Ginnesin Rekordlar Kitabı saytında bildirilib.

Haqendra Tapa Maqar 1992-ci ildə Nepalda anadan olub, 67,08 santimetr boyu ilə müstəqil hərəkət etmək qabiliyyətini saxlayan dünyanın ən kiçik adamı olaraq tanınıb.

O ilk dəfə 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşdü.

Bildirilib ki, dostlarının dediyinə görə, son vaxtlar Haqendra ürək problemləri, astma və pnevmoniya ilə mübarizə aparırdı.

İndi ən kiçik adam "titulu" kolumbiyalı Eduard Nino Hernandesə keçdi. Onun boyu 70,21 santimetrdir.

Milli.Az


Etiketlər:  Dünyanın kiçik insanı vəfat edib


RƏYLƏR