Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO)

Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO)

Tarix: 18 Yanvar 2020 14:18

Bakı. Trend:

Binəqədi rayonunda soyğunçuluqla məşğul olan yetkinlik yaşına
çatmayanlardan ibarət dəstə üzvlər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.

Belə ki, zərərçəkənin valideyni metronun “Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil tefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının “isti” izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulublar.

Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO) Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO) Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO) Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı (FOTO)


Etiketlər:  Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət cinayətkar dəstə saxlanıldı FOTO


RƏYLƏR