Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 21:08
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Matç "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Pesçanokopskoyeni təmsil edən “Çayka” klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində – Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb.
Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
19:00. "Qəbələ" – "Çayka" (Rusiya) - 3:0
Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51
Antalya, “Titanik” meydançaları