Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 20:51
Yanında yemək daşıyan, ancaq bu yeməyi soyuq halda yeməyə məcbur olanlar üçün yaxşı bir xəbərimiz var. CES 2020 sərgisində tanıdılan bir yemək qutusu, buxardan istifadə edərək yeməyinizi istilədir.
Məktəbinizə ya da iş yerinizə evdən yemək aparmaq üçün bir çox səbəb ola bilər. Pəhrizə uyğun yemək yeyirsiniz, yeməkxana yeməyini bəyənmirsinizsə, o zaman bu üsul sizə daha çox sizə uyğundur. Bütün yemək daşıyan insanların ortaq şikayətlərindən biri isə, yeməyin soyumasıdır.
Heatbox adlı məhsul CES 2020 sərgisində tanıdıldı. Bu yemək qutusu bir saxlama qabı ya da qidalanma çantasından daha fərqli xüsusiyyətlərə malikdir. 755 ml. həcmində olan və 430 qram yemək daşıya bilən bu qutunun xüsusiyyəti isə, yeməyi buxarla isitməsidir.
Heatbox şirkətinin ölçüləri 24 sm x 15,5 sm x 7,6 santimetrdir. Bu da standart bir payı qutuya sığdıra bildiyiniz mənasını verir. Qutunu digər qutulardan ayıran xüsusiyyəti isə yeməyinizi buxarla isitməsidir. Şirkət hesab edir ki, bu üsul həm yeməyinizin qida dəyərlərini qoruyur, həm də mikrodalğada istilənən yeməklərdən daha ləzzətli olmasını təmin edir.