Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 13:16
İran parlamentinə Tehran və London münasibətlərinin səviyyəsinin azaldılmasına dair layihə təqdim edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 23 deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.
Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrin konsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.