Tarix:  20 Yanvar 2020 10:30            
            
        Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Tayfur Havutçu istefa verib.
Qol.az xəbər verir ki, o, Superliqanın 18-ci turunda səfərdə “Trabzonspor”a 0:6 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında qərarını açıqlayıb. 
Qeyd edək ki, “Kasımpaşa”ya ötən ayın əvvəlində baş məşqçi təyin olunan Tayfur Havutçun  rəhbərliyi altında komanda 5 Superliqa matçına çıxıb və cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi 18 oyuna 15 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.