Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”

Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”

Tarix: 22 Yanvar 2020 14:40

Türkiyədə bakteriyalaşmış toyuq ətindən dönər hazırlanır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə vaxtı keçmiş, bakteriyalaşmış toyuq ətini xlorla yuyub, ondan dönər hazırlayırlar.

Bu barədə Beynəlxalq Dönər Federasiyasının (UDOFED) başçısı Mehmet Mərcan danışıb.

"Ucuz qiymətə satılan, istifadə vaxtı keçmiş məhsullar nəzarət olunmazsa, insanların sağlamlığına ciddi zərər yetirir. Ucuz qiymətə dönər növbəsinə dayanan vətəndaşlar daha sonra həkim növbəsinə dayanacaqlar", - o qeyd edib.

O, bu halın qarşısını almaq üçün tədbir görüləcəyini deyib:

"12 saat xidmət göstərən dönərxanalarda altı saatdan bir ət dəyişdiriləcək. Çünki 12 saat şişə keçirilərək bişən ətdə bakteriyalar çoxalır və bu da xəstəliklərə səbəb olur".


Etiketlər:  Dəhşətli etiraf Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub dönər hazırlayırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ