Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bruklinlə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Bruklinlə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Tarix: 22 Yanvar 2020 19:40

Bakı. Trend:

Mədəniyyət naziri Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunu yüksək qiymətləndirildiyini qeyd edib. Nazir hər il Bruklində keçirilən Beynəlxalq Dostluq gününü qeyd edərək tədbirə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib.

Marietta Rozental hər il Bruklində Azərbaycan həftəsinin təşkil olunduğunu, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi və rəqslərinin nümayiş olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bruklinlə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ