Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 16:50
Qadınların biri qardaş, biri kişisini gözləyir. Qadın tərəfindəyəm. Bu kişilərin daxilində vicdan, əqidə yoxdur ki, qadınları qoyub gedirlər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Proqramda olan ərini, qardaşını, oğlunu axtaran qadınlar müzakirə edilib. Aktrisa məsələyə münasibət bildirərkən əsəblərinə hakim ola bilməyib:
"Ana da sevinir ki, oğul doğdu. Pul göndərmirsə, nə edirsiz o əri? Qoyun getsin. Eləsini qəbul etmirəm. Neçə il uşağı tək böyüdürsən, ata-ana olursan.
Gedir Rusiyadan qız alırlar. Neftçalada elə gözəl qızlar var ki... Kür suyundakı balıqlardan yeyirlər. Mənə hər zaman deyirdilər ki, sən süd vannasında çimirsən. Yox, Kür çayının lıqqa suyunda çimmişəm".