Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"dan daha bir qələbə - VIDEO

Tarix: 24 Yanvar 2020 10:04

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə turnir cədvəlinə liderlik edən "Liverpul" "Vulverhempton"un qonağı olub. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un heyətində qolları C.Henderson (8-ci dəqiqə) və R.Firmino (84-cü dəqiqə), ev sahibi komandasının heyətində isə R.Ximenes (51-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Liverpul" 24 turun nəticələrinə əsasən 67 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi olan "Mançester Siti"nin 51 xalı var.

Xatırladaq ki, "Liverpul"un 18-ci turdakı oyunu Klublararası Dünya Çempionatının finalında iştirakı səbəbi ilə təxirə getmişdi. Beləliklə, "Liverpul"un ehtiyyatda bir oyunu qalır.

Milli.Az


Etiketlər:  Liverpuldan daha bir qələbə VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ