Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 12:16
Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir:
"Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.
Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb".
E.Niftəliyev əlavə edib ki, hazırda ASAN xidmət mərkəzlərində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır".