Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü

Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü

Tarix: 24 Yanvar 2020 13:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.

Trend-in məlumatına görə, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub.

Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb: "Hazırda şagirdlər müalicələrini Bakı City Hospitalda davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ