Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 21:28
Ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.
Vurğulanıb ki, bu göstərici ölkənin müstəqillik tarixində rekord həddir.
Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.
Qeyd edilib ki, ötən il ölkənin şərab ixracatı Böyük Britaniyaya 60 faiz, ABŞ-a 48 faiz, Polşaya 17 faiz və Çinə 2 faiz artırıb.