Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək

Tarix: 24 Yanvar 2020 21:34

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bərələr Norveçin paytaxtı Oslo şəhərində nəqliyyatın mühüm növü kimi çox populyardır. Lakin ətraf mühit üçün zərərli olan daxiliyanma mühərriklərindən istifadə olunmasından imtina edilməsi planlaşdırılır. Bununla əlaqədar, Krallıqda şəhər bərələrindən tədricən elektrik mühərriklərinə keçmək barədə qərar qəbul edilib.

Osloda elektrik mühərriki ilə işləyən ilk sərnişin bərələrinin 2021-ci ildən istifadəyə verilməlidir. Şəhər nəqliyyatının idarə edilməsi ilə məşğul olan "Ruter AS" şirkəti və daşımalar üzrə operator "Boreal Norge AS" şirkəti arasında sazişdə bu tipli bərələrə keçid nəzərdə tutulub.

Yeni bərələr Oslo meriyasındakı limandan "Oslo-fyord" adalarına qədər izdihamlı marşrutlarda istifadə ediləcək. Bu marşrutlar xüsusən yay aylarında həm yerli sakinlər, həm də turistlər arasında çox populyardır.

Osloda ictimai nəqliyyatın idarə edilməsi ilə məşğul olan "Ruter AS" şirkətində AZƏRTAC-ın müxbirinə bildiriblər ki, yeni bərələr böyük marağa səbəb olub. Şirkətdə deyiblər: "Yeni bərələrin istismar xərcləri hazırda istifadə edilən gəmilərin istismar xərclərindən çox deyil, lakin onların istehsalı adi mühərriklə işləyən analoji gəmilərin istehsalı ilə müqayisədə baha başa gəlir. Yeni sərnişin bərələrinin dizaynında və layihələşdirilməsində ən müasir texnologiyalardan istifadə edilməsi hər bərənin sərnişin tutumunu 350 nəfərə çatdırmağa imkan verir. Bu isə hazırda istifadədə olan bərələrin sərnişin tutumu (236 nəfər) ilə müqayisədə xeyli çoxdur.


Etiketlər:  Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ