Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələ zonasından təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yola salındılar - YENİLƏNİB - FOTO

Zəlzələ zonasından təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yola salındılar - YENİLƏNİB - FOTO

Tarix: 26 Yanvar 2020 15:44

15:43

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb.

---------
13:50

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi başa çatıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən avtobusların hər üçü Naxçıvana çatıb.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar.

Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır.

---------
09:55

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Milli.Az


Etiketlər:  Zəlzələ zonasından təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yola salındılar YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ