Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 16:44
Çinin Bazara nəzarət və tənzimləmə İdarəsi, Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınmasını qadağan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalardan istifadə tövsiyə olunub.
Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun "2019-nCoV" tipli koronavirus olduğunu müəyyənləşdiriblər.
Çinin Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi yeni tip kronavirusun 90 faiz yarasaların orqanizmindəki koronavirusa bənzədiyini müəyyənləşdirib.