Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 07:52
Çinin "Readme" brendinin naməlum aparatı məhsuldarlığın sintetik məhsuldarlıq testlərində rekord bal toplayıb. "Android Authority" nəşri tərəfindən tapılmış testlərin nəticələrinə görə bu smartfon dünyada ən məhsuldar cihaz hesab edilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "AnTuTu" şirkətinin məlumatına görə, "RMX2071" kod adlı "Readme" smartfonu 574 min bal toplayıb. Qurğu "Qualcomm Snapdragon 865" prosessoru və "Adreno 650" qrafik sürətləndiricisi ilə təchiz edilib. Əvvəlki rekord 560 min bal toplamış "Xiaomi Mi 10 Pro" qurğusuna aiddir. Hər iki telefon eyni çiplə təchiz edilib.
Nəşrin məlumatına görə, smartfon 24 fevral tarixində keçiriləcək "Mobile World Congress 2020" sərgisində təqdim ediləcək.