Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 20:36
Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, Federasiya kubokunun son qalibi "Mançester Siti" bu mərhələdə "Şeffild Uensdey" ilə, "Arsenal" "Portsmut"la qarşılaşacaq.
1/16 finalda qarşılaşdığı "Şrusberi"ni bir oyuna mübarizədən kənarlaşdıra bilməyən "Liverpul" bu rəqibini keçə bilsə, 1/8 finalda "Çelsi" ilə üz-üzə gələcək.
1/8 final oyunlarının dəqiq tarixi 1/16 finalın təkrar görüşləri ilə əlaqədar, hələlik müəyyənləşməyib.
İngiltərə Federasiya kuboku, 1/8 final
Şeffild Uensdey - Mançester Siti
Ridinq/Kardiff Siti - Şeffild Yunayted
Çelsi - Liverpul/Şrusberi
Vest Bromviç - Nyukasl/Oksford
Lester - Koventri/Birmingem
Northempton/Derbi - Mançester Yunayted
Sauthempton/Tottenhem - Norviç
Portsmut - Arsenal