Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yoldaşım deyir ki, ağzını bağlamalısan” - Xatirə İslam

“Yoldaşım deyir ki, ağzını bağlamalısan” - Xatirə İslam

Tarix: 29 Yanvar 2020 19:40

Müğənni Xatirə İslam etdirdiyi liposaksiya əməliyyatının təsirinin keçdiyini, kökəldiyini bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "ATV maqazin onlarla" proqramında danışıb.

Sənətçi söyləyib ki, kilo almasının səbəbi iştahlı olmasıdır:

"Liposaksiya əməliyyatı etdirmişdim. Bir il keçib, təsiri yaxşı idi. Amma yeməyi sevən insanam. Yoldaşım deyirdi ki, bu əməliyyatla deyil, ağzını bağlamalısan. Bütün günü yaxşı restoranlarda yeyirəm. Ən çox şəkil çəkdirəndə əziyyət çəkirəm. Turala (qardaşı - red.) deyirəm ki, ömrün kəsilsin, çək də. Yazıq neyləsin?".

Qeyd edək ki, sənətçinin əməliyyatı sosial şəbəkə vasitəsilə canlı yayımlanmışdı.


Etiketlər:  Yoldaşım deyir ağzını bağlamalısan Xatirə İslam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ