Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 08:56
Amerikanın SpaceX və Tesla şirkətlərinin təsisçisi İlon Maskın sərvəti 32 milyard dollara çatıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, uğurlu iş adamı bir həftə ərzində 1,7 milyard dollar qazanıb.
Amerikalı milyarderin sərvəti Tesla şirkətinin kapitalizasiyası sayəsində artıb. Şirkətin sahibi olan Mask Teslada 22% aksiyanın pay sahibidir.
Qeyd edək ki, Tesla-nın bazar qiyməti 16% artaraq, 100 milyard dollar olub. Tesla kapital dəyərinə görə, dünyada ikinci yerdədir. Birinci yerdə isə Yaponiyaya məxsus Toyota şirkətidir.