Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 19:20
“Atletiko”nun zədəli futbolçusu Joao Feliksin son durumu məlum olub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 21-ci turunda “Leqanes”lə oyunda sıradan çıxan futbolçunun əzələsində ağrılar var.
Portuqaliyalı futbolçunun zədəsinin ciddi olmadığı, ancaq La Liqanın növbəti turunda keçiriləcək “Real”la oyunda iştirak edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, “Real” – “Atletiko” oyunu fevralın 1-də keçiriləcək.