Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 17:09
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə respirator infeksiya şikayəti ilə müraciət edib:
"Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir. Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq".
Xatırladaq ki, Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin