Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada 12 nəfər qripdən öldü

Çexiyada 12 nəfər qripdən öldü

Tarix: 31 Yanvar 2020 21:22

Çexiyada 12 nəfər qripdən dünyasını dəyişib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, respublikanın Gigiyena Xidmətinin rəhbəri Eva Qottvaldova jurnalistlərə açıqlamasında ölkədə hər 100 min nəfərdən 1865-də xəstəlik aşkarlandığını bildirib:

"Dövlət Səhiyyə İnstitutunun məlumatlarına görə, qrip epidemiyası respublikanın bütün ərazisinə yayılıb. Əsasən A tipli qrip virusuna rast gəlinir. Xəstələnənlər arasında yaşlılar və uşaqlar da var. Qrip səbəbindən artıq 12 nəfər dünyasını dəyişib. Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb".

Qottvaldova qrip olan vətəndaşlardan evdən çölə çıxmamağı və digər insanlara da yoluxdurmamağı xahiş edib.

Epidemiya səbəbindən ölkədə bir çox xəstəxanalarda xəstə ziyarətləri qadağan olunub.


Etiketlər:  Çexiyada nəfər qripdən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ