Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 15:45
Bakı. Trend:
Yanvarın 1-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi ağacəkmə aksiyası keçirilib.
MİDA-dan Trend-ə verilən məlumata əsasən, aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunub.
Tədbirin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının "700 min ağac əkək" kampaniyası çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhvə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.
Aksiya zamanı 200-ə yaxın yeni ağac əkilib, həmçinin ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin