Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının pley-off iştirakçıları - Kim kimi aldı?

Çempionlar Liqasının pley-off iştirakçıları - Kim kimi aldı?

Tarix: 1 Fevral 2020 20:54

Yanvarın 31-də Avropada transfer pəncərəsi bağlanıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, qışda Çempiolar Liqasnın 1/8 final mərhələsinin iştirakçısı olan komandaların da kimlər alması, kimlərlə yolları ayırması maraq doğurub.

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin iştirakçısı olan bütüb klublar fevralın 3-dək uzağı 3 futbolçunu pley-off üçün UEFA-ya sifariş edə bilər.

Bəs, həmin klublar qışda hansı transferləri həyata keçiriblər.

"Atalanta" (İtaliya)

Gələnlər: Mattia Kaldara ("Milan", icarə), Duvan Sapata ("Sampdoriya", icarədən sonra birdəfəlik alma), Lennart Çiborra ("Herakles"), Raul Bellanova ("Bordo", icarə), Boşko Şutalo ("Osiyek"), Adrien Tamez ("Nitsa", icarə)
Gedənlər: Deyan Kulusevski ("Yuventus"), Musa Berrou ("Bolonya", icarə), Simon Kyer (icarə müddəti bitib), Rocer İbanyes ("Roma", icarə), Andrea Masyello ("Cenoa"), Qilyerme Arana (icarə müddəti bitib)

"Atletiko" (İspaniya)

Gələnlər: Yannik Karrasko ("Dalyan Pro", icarə)
Gedənlər: Yoxdur

"Bavariya" (Almaniya)

Gələnlər: Aleksander Nyubel ("Şalke", 2020/21 mövsümündən), Alvaro Odriosola ("Real", icarə), Nikolas Kyun ("Ayaks", icarə)
Gedənlər: Yoxdur

"Barselona" (İspaniya)

Gələnlər: Mateus Pereyra ("Yuventus", icarə), Fransişku Trinkan ("Braqa", 2020/21 mövsümündən), Mateus Fernandes ("Palmeyras", 2020/21 mövsümündən)

Gedənlər: Karles Alenya ("Betis", icarə), Alexandro Markes ("Yuventus"), Jan-Kler Todibo ("Şalke", icarə), Karles Peres ("Roma", icarə), Mussa Vaqe ("Nitsa", icarə)

"Borussiya" (Almaniya)

Gələnlər: Erlinq Holann ("Zalsburq"), Emre Can ("Yuventus", icarə)

Gedənlər: Yulian Vayql ("Benfika"), Pako Alkaser ("Vilyareal"), Yakob Bryun-Larsen ("Hoffenhaym")

"Valensiya" (İspaniya)

Gələnlər: Alessandro Florensi ("Roma", icarə)

Gedənlər: Yoxdur

"Liverpul" (İngiltərə)

Gələnlər: Takumi Minamino ("Zalsburq")

Gedənlər: Rian Bryuster ("Suonsi", icarə), Allan ("Atletiko Mineyro"), Lukas Nmeça ("Midlsbro", icarə), Patrik Roberts ("Midlsbro", icarə)

"Lion" (Fransa)

Gələnlər: Karl Toko-Ekambi ("Vilyareal", icarə), Bruno Qimaraynş ("Atletiko Paranaense"), Kamilo ("Ponte-Preta")

Gedənlər: Lyuka Tusar ("Herta", oradan "Lion"a icarəyə)

"Mançester Siti" (İngiltərə)

Gələnlər: Yoxdur

Gedənlər: Anxelinyo ("RB Leyptsiq", icarə)

"Napoli" (İtaliya)

Gələnlər: Dieqo Demme ("RB Leyptsiq"), Stanislav Lobotka ("Selta"), Amir Rrahmani ("Verona", "Verona"ya icarəyə), Matteo Politano ("İnter", icarə), Andrea Petanya (SPAL, SPAL-a icarəyə)

Gedənlər: Canluka Qaetano ("Kremoneze", icarə), Lorenso Tonelli ("Sampdoriya", icarə)

"RB Leyptsiq" (Almaniya)

Gələnlər: Xosep Martines ("Las-Palmas", 2020/21 mövsümündən), Dani Olmo ("Dinamo" Zaqreb), Anxelinyo ("Mançester Siti", icarə)

Gedənlər: Marselo Saraççi ("Qalatasaray", icarə), Dieqo Demme ("Napoli"), Mateus Kunya ("Herta"), Ştefan İlsanker ("Ayntraxt" Frankfurt)

"Real" (İspaniya)

Gələnlər: Reyniyer ("Flamenqo")

Gedənlər: Alvaro Odriosola ("Bavariya", icarə)

"Tottenhem" (İngiltərə)

Gələnlər: Jedson Fernandeş ("Benfika", icarə), Covani Lo Çelso ("Betis", icarədən sonra birdəfəlik alma), Steven Berqveyn (PSV)

Gedənlər: Kristian Eriksen ("İnter"), Kayl Uoker-Piters ("Sauthempton", icarə)

"Çelsi" (İngiltərə)

Gələnlər: Yoxdur

Gedənlər: Denni Drinkuoter ("Aston Villa", icarə), Viktor Mouzes ("İnter", icarə), Tarik Lempti ("Brayton")

"Yuventus" (İtaliya)

Gələnlər: Deyan Kulusevski ("Atalanta", oradan "Parma"ya icarə), Alexandro Markes ("Barselona)

Gedənlər: Mario Mandjukiç ("Əl-Duhail"), Mattia Perin ("Cenoa", icarə), Mateus Pereyra ("Barselona", icarə), Emre Can ("Borussiya", icarə), Marko Pyatsa ("Anderlext", icarə)

Siyahıda bəzi gənc futbolçuların transferi və ehtiyat heyətdən cəlb olunanların adları qeyd olunmayıb.


Etiketlər:  Çempionlar Liqasının pley iştirakçıları kimi aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ