Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 12:24
Vətəndaşlarımızı xilas edərkən can qardaşlarımızı orada qoymadıq, əlbəttə.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb. O, Azərbaycan XİN-in Çinin Uhan şəhərindən vətəndaşlarımızın təxliyəsinə görə Türkiyəyə edilən minnətdarlıq tvitini paylaşaraq, BirMilletİkiDevlet həştəqi ilə "Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda" sözlərini əlavə edib.
Qeyd edək ki, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfər (onlardan 6-sı azərbaycanlıdır) Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər.