Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 22:18
Misir koronavirus xəstəliyinin yayıldığı Çinin Uxan şəhərinə 10 ton dərman və tibbi ləvazimat göndərəcək. Bu barədə jurnalistlərə müsahibəsində Misirin Səhiyyə naziri Halə Zayed məlumat verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, misirli nazir Çin xalqını dəstəkləmək məqsədilə tibbi ləvazimat dolu yük təyyarəsinin bu gün Qahirədən Uxan şəhərinə uçacağını söyləyib. Onun sözlərinə görə, nazirlik bu qərarı Misir Prezidentinin tapşırığına əsasən qəbul edib. Bazar günü isə Misirin Mülki Aviasiya naziri yük təyyarəsinə baxış keçirib. Salonunda tibb laboratoriyası olan həmin təyyarə Uxandan misirliləri ölkəyə gətirəcək.
Halə Zayed əlavə edib ki, Misirdə koronavirusa yoluxma halı baş verməyib və onun rəhbərlik etdiyi nazirlik bütün sahələrdə profilaktik tədbirlər görüb.