Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 22:52
Krasnoyarksda dünyaya gələn əkizlərin doğum tarixləri ayrı-ayrı günlərə düşüb.
Baxmayaraq ki, qız gecə 12-ə kimi dünyaya gəlib, oğlan 11 dəqiqə gec doğulduğundan sabahkı tarixə düşüb.
İndi onların doğum şəhadətnaməsində ayrı tarixlər olacaq və ad günləri bir tarixə düşmür.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, tibdə belə hadisələr çox nadir halda rast gəlinir.
Həkim bunun səbəbini belə izah etdi:
"Hamiləlik boyu qız daha aktiv idi və ilk o doğuldu. Amma indi qız çox yatır, oğlan aktivləşib. Oğlan 11 dəqiqə gec tərpəndiyi üçün sabahkı tarixdə doğuldu.
Təbii doğuş olduğu üçün əkizləri eyni vaxtda çıxarmaq mümkün olmadı. Ola bilər qeydiyyat şöbəsi güzəştə gedərək, onların tarixini eyni günə yazar".
Maraqlı məqamlardan biri budur ki, Rusiyada 2020-ci il üçün hər üçüncü doğulan uşağın anası ailə kapitalı əldə edir. Krasnoyar üçün bu məbləğ 147.836 manatdır.
Ailənin əkizləri doğulduqda bu məbləğ bir qədər artıqdır. Məbləğ birdəfəlik ayrılır, eləcə də hər ay uşaq pulu verilir.