Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 23:02
Çinin xam neftə olan tələbatının 20 faiz azaldığı bildirilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinin iqtisadiyyatına mənfi təsir edən koronavirus ölkənin neft tələbatını da azaldıb.
Mənbələrə görə, Çinin neft tələbatı gündəlik 3 milyon barrel geriləyib. Həmin göstərici Çinin ümumi istehlakının 20 faizinə bərabərdir.
Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından indiyədək ən böyük tələb geriləməsi və ABŞ-dakı 11 sentyabr hadisələrindən bəri istehlakda ən qəfil azalmadır.
Qeyd edək ki, Çin 2016-cı ildə ABŞ-ı üstələyərək dünyanın ən böyük neft idxalçısı olub. Beləliklə də Çinin neft istehlakındakı hər hansı bir dəyişiklik qlobal enerji bazarına da böyük təsir göstərir. Sutkada 14 milyon barrel neft istehlak edən Çinin gündəlik istehlakı Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, Yaponiya və Koreya Respublikasının ümumi istehlakına bərabərdir.