Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 15:00
Bakı. Trend:
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Naqif Həmzəyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Trend-in məlumatına görə, seçicilərlə səmimi ab-havada keçən görüşlərdə Naqif Həmzəyev ölkə Başçısı İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. Bu islahatların ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı əhalinin sosial rifahının daha da yüksəlməsinə xidmət etdiyini qeyd edən Naqif Həmzəyev seçiciləri 9 fevral parlament seçkilərində daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Görüş zamanı, həmçinin sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Naqif Həmzəyev qaldırılan məsələlərin təhlil olunaraq, həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin