Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bartomeu Abidalla bu gün görüşəcək

Bartomeu Abidalla bu gün görüşəcək

Tarix: 5 Fevral 2020 15:38

“Barselona”nın prezidenti Xosep Bartomeunun klubun idman direktoru Erik Abidalla görüşünün vaxtı məlum olub.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Messi ilə Abidal arasında yaranan münaqişənin müzakirəsi nəzərdə tutulan görüş bu gün axşam saatlarında gercəkləşəcək. Bartomeunun hazırda Belçikanın paytaxtı Brüssel şəhərində iclasda olduğu, ona görə də görüşün axşama təyin edildiyi bildirilib.

Xatırladaq ki, Abidal açıqlamasında komandanın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında futbolçuların yaxşı oynamadığını bildirib. Messi isə onun bu fikirlərinə etiraz edib və Abidalın konkret ad çəkməli olduğunu deyib: “Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".
 


Etiketlər:  Bartomeu Abidalla gün görüşəcək


RƏYLƏR