Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:32
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmə)maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində F. Hüseynov yeddi yaşlı qıza qarşı cinsi təcavüz etməyə cəhd göstərib.
Bu gün səhər saatlarında həmin şəxs qonşusunun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.