Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya silah ticarətində lider ölkələr - STATİSTİKA - FOTO

Dünya silah ticarətində lider ölkələr - STATİSTİKA - FOTO

Tarix: 5 Fevral 2020 20:36

Ölkələrin dünya bazarında silah ticarəti sahəsində tutduğu yerlərlə bağlı statistik məlumatlar açıqlanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə cnbc.com ABŞ Dövlət Departamentinin hazırladığı hesabata əsasən xəbər yayıb.

Xəbərdə bildirilir ki, dünya ölkələri bir il ərzində hərbi xərclərə təxminən 3 trilyon dollar xərcləyir.

Silah transferləri dövriyyəsinin 79 faizinə ABŞ nəzarət etməklə liderdir. ABŞ-ın bu bazarda payı ondan sonrakı yerləri tutan 9 ölkənin ümumi payından 4 dəfə çoxdur.

Avropa Birliyi 10 faiz, Rusiya 5 faiz, Çin isə 2 faiz paya sahibdir.

2007-2017-ci illərdə ABŞ-ın orta illik silah satışları 143,2 milyard, növbəti yerlərdə gələn Rusiyanın 9,7 milyard, Fransanın 4,1 milyard, İngiltərənin 3.6 milyard, Almaniyanın 3, 6 milyard, Çinin 2.9 milyard dollar həcmində olub.

Digər yerləri isə İtaliya, İsrail, İsveç, İspaniya paylaşır.


Etiketlər:  Dünya silah ticarətində lider ölkələr STATİSTİKA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ