Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı şəhəri üzrə orta aylıq əməkhaqqının məbləği açıqlanıb

Bakı şəhəri üzrə orta aylıq əməkhaqqının məbləği açıqlanıb

Tarix: 5 Fevral 2020 23:32

2019-cu ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 855,4 manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata çatıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9 faiz, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2 faiz çoxdur.


Etiketlər:  Bakı şəhəri üzrə orta aylıq əməkhaqqının məbləği açıqlanıb


RƏYLƏR