Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu: Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək

Çavuşoğlu: Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək

Tarix: 21 May 2019 09:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin dövlət strukturları FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə əlaqəsi olan bütün şəxslərdən təmizlənməlidir.

Trend-in məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Nazir qeyd edib ki, dövlət strukturlarında FETÖ-nun gizli tərəfdarlarının sayı artıq kəskin azalıb, lakin bu, o demək deyil ki, onlar tamamilə yox olub.

Qeyd edək ki, FETÖ ilə mübarizə çərçivəsində ötən gün Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çavuşoğlu Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ