Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 07:57
Quru meyvə olan qoz faydalı tərkiblə zəngindir və möcüzəvi qida hesab olunur.
Sonxeber.net xəbər verir ki, qidalanmağımıza fikir versək orqanizmimizi tam sağlam hala gətirmək mümkündür. Gündə bir ovuc qoz yeməyi vərdiş halına gətirsək baş verən faydalı dəyişiklikləri aydın görə bilərik. Qozun tərkibində xolestrolu azaltmağa kömək edən bəzi yağ asidləri var. Eyni zamanda qan təzyiqini aşağı salmağa kömək edir.
Həddən artıq kök insanların qan şəkərinin artıq olma ehtimalı daha yüksəkdir. Qoz kökəlməyə mane olaraq, diyabet riskini azaldır. Edilən araşdırma göstərir ki, qoz yağı istifadə etmək qan şəkərini sağaltmağa kömək edir. Qoz sümüklərin əriməsinin qarşısını alaraq onları bərkidir. Qozun tərkibində bol miqdarda maqnezium olduğu üçün sümüklərdə kalsiumun sovrulmasına kömək edir. Gündə bir ovuc qoz yemək eyni zamanda sinə və prostat xərçəng riskini azaldır. (ölkə.az)