Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maaşının yarısını “Fənərbaxça”, yarısını da “Qarabağ” verəcəkdi

Maaşının yarısını “Fənərbaxça”, yarısını da “Qarabağ” verəcəkdi

Tarix: 7 Fevral 2020 13:34

Türkiyə mətbuatı qış fasiləsi zamanı “Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a transfer baş tutmasının səbəbini açıqlayıb.

Qol.az “Milliyyət” qəzetinə istinadən yazır ki, İstanbul klubu yarımmüdafiəçisinin mövsümün sonunadək Azərbaycanda oynamasına razılıq verib. Bu halda onun maaşının yarısını “Fənərbaxça”, yarısını isə “Qarabağ” ödəyəcəkmiş.

Qeyri-rəsmi xəbərə görə, söhbət ümumən 600 min avrodan gedirmiş. Amma Alper son anda “Qarabağ”dan oynamaqdan imtina edib.

 


Etiketlər:  Maaşının yarısını Fənərbaxça yarısını Qarabağ verəcəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ