Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bundan sonra baxmağın nə xeyri?'' - Tərlan Əhmədov

''Bundan sonra baxmağın nə xeyri?'' - Tərlan Əhmədov

Tarix: 8 Fevral 2020 08:08

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Səbail"ə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə bu mövsüm ilk dəfə doğma "ASK Arena"da keçirdikləri matç haqda danışıb.

- İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. İlk dəqiqələrdən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün qismət bizim tərəfimizdə deyildi. Hələ çox görüləsi işlərimiz var. Kristavao hələ tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm.

- Növbəti turda "Neftçi" ilə qarşılaşırsınız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?

- Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.

- "Keşlə"nin sanki "Səbail"lə oyunu alınmır...

- Bütün dünya futbolunda belə proseslər olur. Arzuolunmaz komandalar olur.

- Qeydə alınmayan qol epizoduna baxmısınız?

- Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.

- Murad Ağayevin transferinə niyə razılıq verdiniz?

- Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdur. Düzdür, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.


Etiketlər:  Bundan sonra baxmağın xeyri Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ