Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda qalmaqal - Şəkillər

Sumqayıtda qalmaqal - Şəkillər

Tarix: 8 Fevral 2020 18:36

Azərbaycan Premyer Liqasının 16-cı turunun "Sumqayıt" - "Zirə" matçında futbolçular arasında qarşıdurma baş verib.

Qol.az xəbər verir ki, insident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaşanıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov qərara kəskin etiraz edib. Ehtimal edilir ki, o, hakimə zərbənin bilərəkdən vurulmadığını deyib.

Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma olub.  "Zirə"dən Cavid Hüseynov, eləcə də "Sumqayıt"dan Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya, eləcə də "Zirə"nin texniki zonasındakı bir nəfərə sarı vərəqə göstərib.
























Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Sumqayıtda qalmaqal Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ