Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamneyi: ''İran heç bir dövləti hədələmək niyyətində deyil''

Xamneyi: ''İran heç bir dövləti hədələmək niyyətində deyil''

Tarix: 8 Fevral 2020 18:56

İran heç bir dövləti və xalqı hədələmək niyyətində deyil.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi ordu komandanları və yüksək rütbəli zabitləri ilə görüşdə deyib.

Ə.Xamneyinin sözlərinə görə, İslam Respublikası ölkənin təhlükəsizliyini qorumaq və təhdidin qarşısını almaq istəyir.

Dini lider əlavə edib ki, hədələnməmək və müharibənin baş verməməsi üçün İran bütün sahələrdə, xüsusilə də müdafiə sahəsində güclənməlidir.

Tehrana qarşı sanksiyaları cinayətkar hərəkət adlandıran İranın dini lideri bildirib ki, bu sanksiyalar əslində ölkə üçün çoxlu fürsətlər yaradır:

"Qarşı tərəf İranın neftdən asılı olmayan iqtisadiyyata keçməsinə mane olmağa çalışır. Buna görə İran iqtisadiyyatının neft gəlirlərindən tam şəkildə ayrılması üçün addımlar atılmalıdır".

Qeyd edək ki, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.


Etiketlər:  Xamneyi İran heç dövləti hədələmək niyyətində deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ