Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 01:30
Koronavirus panqolin adlı məməli heyvandan yoluxub.
Sonxeber.net xəbər verir ki, bunu Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin mütəxəssisləri açıqlayıb.
"Röyters"in xəbərinə görə, əti qanunsuz şəkildə əmtəəyə çevrilən Panqolin epidemiyanın əsas yaranma şübhəlisi vəziyyətinə gəlib.
Qeyd edək ki, bu məməli nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar sırasına daxildir. Lakin buna rəğmən, ötən il 100 mindən çox panqolin qanunsuz yollarla ovlanıb.
Əlavə edək ki, virusun ortaya çıxma səbəbi kimi ilk günlərdə yarasa, ilan və meymun göstərilirdi. (publika.az)