Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kəskin hava hökm sürür

Bakıda kəskin hava hökm sürür

Tarix: 9 Fevral 2020 07:44

Paytaxtda və Abşeron yarımadasında hava şəraiti ötən gün axşam saatlarından başlayaraq kəskin şəkildə dəyişib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, gecə saatlarında Bakıda sulu qar və qar yağıb. Şimal-qərb küləyi getdikcə güclənir. Hazırda paytaxtda havanın temperaturu 3 dərəcə isti təşkil edir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.


Etiketlər:  Bakıda kəskin hava hökm sürür


RƏYLƏR