Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 08:36
Parlament seçkilərində seçicilərin azad və sərbəst səs verməsi üçün seçki məntəqələrində bütün lazımi şərait yaradılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, məntəqə seçki komissiyasının üzvlərinin vəzifəsi bütün seçki fəaliyətinin Seçki Məcəlləsinə uyğun olmasını təmin etməkdir:
"Seçicilər üçün bütün şəraitin yaradılması bizim borcumuzdur və biz çalışmışıq ki, bütün işləri Seçki Məcəlləsinə uyğun həyata keçirək".
MSK sədri əlavə edib ki, seçki prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçmiş bütün şəxslərin fəaliyyətinə məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda akkreditasiyadan keçmiş şəxslər də seçki məntəqələrinin fəaliyyətinə maneə yaratmamalıdır.